şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsinin altı ay ərzində gördüyü işlər bələdiyyənin maliyyə imkanları daxilində həyata keçirilir. Bələdiyyə büdcəsinə daxil olan vəsait əhalidən yığılan torpaq, əmlak vergisindən və torpağın satışından gələn gəlirlər hesabınadır. Bununla bağlı məlumatı şirvan şəhər Hacıqəhramanlı bələdiyyəsinin sədri Samirə Abışova bildirib. Sədrin sözlərinə görə, Hacıqəhrəmanlı bələdiyyəsi yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən yaradılan “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistem”indən yararlanaraq, altı ay ərzində qəsəbə sakinlərindən cəmi torpaq və əmlak vergisindən 1459.0 manat vergi borcları toplanmışdır. Daxil olan vəsait qəsəbə sakinlərinin ümumi borcları qarşısında cox az göstəricidir. Hesablanmış vergilərə nisbətdə vergilərdən daxil olmalar çox az olmuşdur. Buda bələdiyyə yerliidarəetmə xərclərinin saxlanmasında borcların yaranmasına səbəb olmuşdur. Altı ay ərzində Hacıqəhrəmanlı bələdiyyəsinə qəsəbə sakinləri tərəfindən fərdi həyətyanı torpaq sahələrinin ayrılması ilə baqlı daxil olan ərizələrə bələdiyyə iclasları tərəfindən baxılmiş, sakinlərə torpaq sahələri ayrılaraq sənədləşmə işləri sona çatdırılmış və yerli büdcəyə 3200.00 manat,vəsait daxil olmuşdur.
Hacıqəhrəmanlı bələdiyyəsinə dövlət büdcəsindən isə 1950.00 manat dotasiya daxil olmuşdur. Ümumilikdə Bələdiyyə büdcəsinə 2018-ci ilin altı ayında 6.609.00 manat vəsait daxil olmuşdur. Daxil olmuş vəsaitin xərclənməsi bələdiyyənin keçirdiyi iclaslarda müzakirə edilərək xərclənmişdir.
Qəsəbəmiz üçün görmək istədiyimiz işlərimiz coxdur. Lakin maliyyə vəsaiti çatışmadığından biz onları həll edə bilmirik. Çalışacağıq ki, ilin sonuna kimi vergi borclarının toplanması işini sürətləndirək.Yerli büdcəyə vergilərdən daxil olan vəsait hesabına aztəminatlı ailələrin az da olsa rifaf halının yaxşılaşdırılmasına dəstək olaq.
Belediyye.info